İdman · Offsideplus.az

Papen Mbappenin media strategiyasını tənqid edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Papen Mbappenin media strategiyasını tənqid edib xəbəri üçün şəkil
Papen Mbappenin media strategiyasını tənqid edib

Fransa yığmasının keçmiş hücumçusu, 1991-ci ilin "Qızıl top" sahibi Jan-Pyer Papen "Real Madrid"in hücumçusu Kilian Mbappe barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, Mbappenin ötən mövsüm ən yaxşı futbolçu mükafatının səsverməsində ikinci olmasına münasibət bildirib.

Fransalı veteran bildirib ki, Mbappenin mediada özünü aparma tərzi ona qarşı işləyib və bu, onun xarakterini əks etdirir.

"Təəssüf edirəm, çünki o, belə keyfiyyətlərə malikdir və belə bir klubda çıxış edir. Mbappe bir qədər Kriştiano Ronalduya bənzəyir: ona da digərlərinin onun üçün işləməsi lazım idi. Effektivliyinə görə Mbappe Ronaldunun göstərdiyi səviyyəyə yaxındır. Amma media strategiyası Kiliandan yan keçdi. Əminəm ki, o, gələcəkdə "Qızıl top"u qazanacaq. Bunun üçün bütün keyfiyyətlərə sahibdir. Bu, 'indi ya heç vaxt' anı deyildi. Bəli, bu, əla fürsət idi, amma hələ qarşıda yol var", – deyə Jan-Pyer Papen vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑