Bakı, 1 noyabr, AZƏRTAC Çox gözəl yarışdır. Mən “Qələbə qaçışı”nı çox sevirəm və hər il iştirak etməyə çalışıram. Çünki bu yarış xalqımızın ruhunu yüksəldir.AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 6-cı ildönümünə həsr olunmuş “Qələbə qaçışı”nda qadınlar arasında birinci yeri tutan Anna Yusubova deyib.O, bu tədbirin çox önəmli olduğunu söyləyib: “Bu il yarış xüsusilə möhtəşəm keçdi. Marşrut boyunca yaradılan dəstək zonaları və insanların idma