İdman · Offsideplus.az

“Futbolçuların bu turnirdə oynaması inkişaf deməkdir” - Sənan Qurbanov

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Futbolçuların bu turnirdə oynaması inkişaf deməkdir” - Sənan Qurbanov xəbəri üçün şəkil
“Futbolçuların bu turnirdə oynaması inkişaf deməkdir” - Sənan Qurbanov

"Dünya Çempionatı çox yüksək səviyyədə keçirilir. Futbolumuz adına çox mühüm və uğurlu hadisədir. İlk günlərdən ordayam, əla şərait yaradılıb. Təşkilatçılıq, xaricdən gələnlərin qarşılanması yüksək səviyyədədir. Ölkəmiz üçün qürur duyuram”.

Bu sözləri Sənan Qurbanov Bakıda keçirilən FİFA U-15 Dünya Çempionatı barədə Offsideplus.az-a açıqlamasında deyib. 

Mütəxəssis millimizin oyunları haqqında da danışıb:

“Azarkeşlərimizin qarşısında futbolçuların oynaması həyəcanvericidir. Rəqiblər güclüdür. Haitinin bir neçə keyfiyyətli futbolçu var idi. Bizdən üsten oynadılar. Mən də razıyam ki, futbolçularımız oyundan-oyuna həyəcanı üstlərindən ata bilir. İsrailə qalib gəldik, Haiti ilə oyunda da rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratdıq, penalti qazandıq. Futbolçuların bunu görməsi inkişaf deməkdir”.

S.Qurbanov dünən millimizin ikinci oyununa “Sabah”ın futbolçuları Umarali Raxmonaliyev və Abdulla Xaybullayevlə gəlmişdi. O, milli komandamızın futbolçusu haqqında da danışıb:

“Onu uzun illərdir tanıyıram. “Anji” yetirməsidir. Parlaq vaxtlarını “Sabah”da keçirir. Xarakteri hesabına A milliyə qədər yüksəlib. Gənc futbolçudur. Üzərində işləməyi də sevindirici haldır”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑