"Spartak"ın (Moskva) sabiq hücumçusu Emanuel Emenike gələcək planları və Rusiya klubuna qayıtmaq ehtimalı barədə danışıb.
Offsideplus.az xəbər verir ki, nigeriyalı keçmiş futbolçu açıqlamasında bunları deyib:
"Spartak'a qayıtmağı çox istəyirəm. Hazırda futbol sahəsində çalışmıram, Nigeriyada şəxsi biznesim var. Əgər futbola qayıtsam, bu yalnız "Spartak" üçün olacaq. Mütləq məşqçi kimi deyil, özümü skaut və ya funksioner kimi də sınaya bilərəm".
Karyerası ərzində "Spartak", "Vest Hem", "Əl-Ayn", "Olimpiakos", "Vesterlo", "Las Palmas", "Fənərbağça" və digər klublarda çıxış edən Emenike Moskva təmsilçisinin heyətində Rusiya çempionatının gümüş medalını qazanıb. O, "Fənərbağça" ilə Türkiyə çempionu adını da əldə edib.



