İdman · Offsideplus.az

Enso Mareskadan İPL-də tarixi start

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Enso Mareskadan İPL-də tarixi start xəbəri üçün şəkil
Enso Mareskadan İPL-də tarixi start

"Mançester Siti"nin baş məşqçisi Enso Mareska İngiltərə Premyer Liqasının (İPL) tarixinə düşüb. 

Offsideplus.az xəbər verir ki, italyalı mütəxəssis yeni komandasının sükanı arxasında ilk 6 matçın hamısında qələbə qazanan 4-cü baş məşqçi olub.

Mareska bu tarixi uğura VI tur çərçivəsində səfərdə "Liverpul"a 3:0 hesabı ilə qalib gəlməklə imza atıb.

Meydan sahiblərinin heyətində Rayan Qravenberxin 62-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra "şəhərlilər" 13 dəqiqə ərzində rəqib qapısından 3 cavabsız top keçiriblər. Qolları Erlinq Haaland (65'), Jeremi Doku (68') və Rayan Şerki (78') vurublar.

Daha əvvəl İPL-də bu nəticəni yalnız Karlo Ançelotti ("Çelsi"), Xosep Qvardiola ("Mançester Siti") və Ule-Gunnar Sulşer ("Mançester Yunayted") göstərə bilmişdi.

Bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran "Mançester Siti" İPL-də turnir cədvəlinə təkbaşına başçılıq edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑