İdman · Offsideplus.az

Azərbaycanın qadın güləşçiləri Almatıda toplanışa başladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın qadın güləşçiləri Almatıda toplanışa başladı xəbəri üçün şəkil
Azərbaycanın qadın güləşçiləri Almatıda toplanışa başladı

Azərbaycanın qadın güləşi üzrə milli komandası dünya çempionatına hazırlığın son mərhələsi üçün Qazaxıstana yollanıb.

Offsideplus.az xəbər verir ki, böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanovadan ibarət heyət Almatıda təlim-məşq toplanışına başlayıb.

Oktyabrın 24-dək davam edəcək hazırlıq Qazaxıstan və Rumıniya yığmaları ilə birgə keçirilir. U-23 dünya çempionatından sonra baş məşqçi əvəzi Toğrul Əsgərov da komandaya qoşulacaq.

Hazırlıq tamamlandıqdan sonra milimiz yarışın keçiriləcəyi Astanaya yola düşəcək.

Qeyd edək ki, dünya çempionatında qadın güləşçilərin mübarizəsi oktyabrın 27-dən 30-dək tutacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑