İdman · Offsideplus.az

Avropanın nəhəng klubları Batrakova maraq göstərir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropanın nəhəng klubları Batrakova maraq göstərir xəbəri üçün şəkil
Avropanın nəhəng klubları Batrakova maraq göstərir

Avropanın aparıcı klubları "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yaxından izləyir.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı rusiyalı futbolçuya PSJ, "Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi", "Mançester Yunayted", "Nyukasl", "Tottenhem", "Braytın" və "Monako" maraq göstərir.

Skautlar Batrakovun meydanı yaxşı görməsi, ötürmələrinin keyfiyyəti və hücumda fəallığı ilə seçildiyini bildiriblər.

Məlumata görə, "Liverpul" "Qalatasaray" rəhbərliyinə müraciət edərək, 3 noyabrda keçiriləcək "Qalatasaray" – "Ştutqart" Çempionlar Liqası oyununu izləmək üçün xüsusi lojanın ayrılmasını istəyib.

Batrakovun müqaviləsində transfer haqqı 55 milyon avro məbləğində göstərilib. "Qalatasaray" futbolçunu satacağı halda, məbləğin 15 faizini "Lokomotiv"ə ödəməlidir.

Bu mövsüm Batrakov Türkiyə çempionatında 7 oyunda 2 qol ötürməsi verib. O, Çempionlar Liqasında isə 3 qarşılaşmada 2 qol vurub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑