Rusiya qoşunları Ukraynanın Zaporojye vilayətinin Komışuvaхa qəsəbəsinə bir neçə aviazərbə endirib. Nəticədə 18 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
News24.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski hadisə ilə bağlı açıqlamasında bildirib.
Zelenski vurğulayıb ki, Rusiya tərəfi məktəbdə mütəmadi olaraq humanitar yardım paylandığından xəbərsiz ola bilməzdi.
Ukrayna Prezidenti baş verənləri Moskvanın gərginliyi azaltmaq niyyətində olmadığının sübutu kimi qiymətləndirib. O, beynəlxalq ictimaiyyəti hadisəyə sərt reaksiya verməyə və Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.
Zaporojyedə humanitar yardım məntəqəsinə hava hücumu: 18 nəfər öldü

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
