Dünya · Globalinfo.az

Britaniyada miqrasiya qaydaları sərtləşdirilir: 10 il tələb olunacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Britaniyada miqrasiya qaydaları sərtləşdirilir: 10 il tələb olunacaq xəbəri üçün şəkil

Böyük Braitaniya hökuməti immiqrasiya sistemində genişmiqyaslı dəyişikliklər elan edib. Yeni qaydalara əsasən, əcnəbilərin ölkədə daimi yaşayış hüququ əldə etməsi üçün tələb olunan standart müddət 5 ildən 10 ilə qaldırılacaq.

Globalinfo.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud parlamentdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, daimi yaşayış statusu ölkənin təqdim edə biləcəyi ən dəyərli hüquqlardan biridir və bundan sonra həmin status avtomatik deyil, miqrantın cəmiyyətə və iqtisadiyyata verdiyi töhfəyə uyğun şəkildə əldə edilməlidir.

Bununla belə, yeni sistemdə müəyyən istisnalar nəzərdə tutulub. İllik gəliri 50 271 funt sterlinqdən çox olan şəxslər, eləcə də bir sıra ixtisaslı dövlət sektoru əməkdaşları 5 ildən sonra daimi yaşayış üçün müraciət edə biləcəklər. İllik qazancı 125 min funt sterlinqdən çox olan şəxslər üçün isə bu müddət 3 il müəyyənləşdirilib.

Səhiyyə və sosial qayğı sektorunda çalışan, illik gəliri 25 min funt sterlinqdən çox olan müəyyən kateqoriyadan olan işçilər də 5 illik müddətdən yararlana biləcəklər.

Şabana Mahmud bildirib ki, qanunlara əməl edən, vergi ödəyən və ölkənin iqtisadi həyatına töhfə verən miqrantların müraciətlərinə daha əlverişli şərtlərlə baxılacaq. Qanun pozuntularına yol verən və dövlət qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən şəxslər isə daha uzun müddət gözləməli və ya daimi yaşayış hüququndan məhrum ola bilərlər.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑