İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Tehrana qarşı yeni hərbi əməliyyatlara başlaması halında Avropada yerləşən Amerika hərbi bazalarına zərbələr endirilə biləcəyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, İran tərəfi mümkün hücumlara cavab olaraq hərbi əməliyyatların coğrafiyasının genişlənə biləcəyinə işarə edib.
Bu xəbərdarlıq ABŞ-la İran arasında gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir.
Bununla yanaşı, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankeri ilə bağlı yeni insidentlər barədə məlumat yayıb. İran tərəfinin iddiasına görə, gəmilər boğazda müəyyən edilmiş marşrutlardan kənar hərəkət etməyə cəhd göstəriblər.
Tankerlərdən biri boğazın şərqində, digəri isə qərb hissəsində olub.
Bir qədər əvvəl isə İranın hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazı üzərində ABŞ-a məxsus MQ-9 tipli kəşfiyyat və zərbə dronunu vurub.
Tahir Turan
Globalinfo.az




