Ukrayna Rusiyanın “The Fixies” cizgi serialının qadağan olunmasını istəyir.
News24.az xəbər verir ki, Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Rusiyanı cizgi serialı vasitəsilə ukraynalılara qarşı nifrət yaymaqda ittiham edib.
Mərkəzin iddiasına görə, Rusiya məşhur cizgi filmlərindən təbliğat məqsədilə istifadə edir.
Qeyd edək ki, Ukrayna daha əvvəl “Maşa və Ayı” cizgi serialının yaradıcılarına qarşı da sanksiyalar tətbiq edib. Kiyev serialın uşaqlar vasitəsilə Rusiyayönlü fikirlər yaydığını iddia edir.




