Dünya · Modern.az

İnsan ömrü maksimum neçə ildir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İnsan ömrü maksimum neçə ildir?
İnsan ömrü maksimum neçə ildir?

Rusiya Elmlər Akademiyasının alimi Sergey Lukyanov insanın maksimal ömür uzunluğu barədə danışıb.

Modern.az xəbər verir ki, alimin sözlərinə görə, son 1000 il ərzində insanların yaşaya biləcəyi maksimal yaş həddi artmayıb və 122–125 il təşkil edir.

Alim qeyd edib ki, canlı orqanizmlərin qocalmasının əsasını bir növdən digərinə fərqlənən müddət ərzində fəaliyyət göstərən bioloji proqram təşkil edir. Bu proqram Yer üzündə yaşayan orqanizmlərin yenilənməsini təmin edir və onların dəyişən şəraitə uyğunlaşması üçün zəruridir.

“Yalnız yeni nəsillər dəyişə bilər. Darvinin nəzəriyyəsinə görə, onların arasından ətraf mühitə daha yaxşı uyğunlaşan fərdlər seçilir. Köhnə fərdləri isə aradan çıxarmaq lazımdır, əks halda onlar cavan fərdlərlə birlikdə bütün qidanı yeyəcəklər”, — deyə akademik əlavə edib.

Sergey Lukyanovun izahına görə, gənc fərdlərin rəqabətinə tab gətirmək yaşlı orqanizmlər üçün çətindir. Nəticədə hər bir növ üçün bioloji proqramla məhdudlaşdırılan xarakterik ömür müddətinin mövcud olduğu sabit sistem formalaşır.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑