Dünya · Azxeber.com

İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək xəbəri üçün şəkil
İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis oktyabrın 14-16-da Ermənistan və Gürcüstana səfər edəcək.
Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.
Kassis oktyabrın 15-də İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və XİN rəhbəri Ararat Mirzoyanla görüşəcək. Tərəflər Cənubi Qafqazda sülh prosesini və regional əməkdaşlığı müzakirə edəcəklər.
İsveçrənin XİN rəhbəri oktyabrın 16-da Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və həmkarı Maka Boçorişvili ilə görüşlər keçirəcək.
Ermənistan və Gürcüstana səfərlər Kassisin regional səfərinin ikinci hissəsidir. O, avqustun 3-dən 5-dək Azərbaycan və Türkmənistanda səfərdə olub.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑