Hadisə · News24.az

“See Breeze”dəki “Yana Jeweilery”dən 107 minlik qızıl oğurlandı - Detallar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“See Breeze”dəki “Yana Jeweilery”dən 107 minlik qızıl oğurlandı - Detallar xəbəri üçün şəkil

"Nardaran İnvest" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "SEA Breeze" istirahət mərkəzinin ərazisində fəaliyyət göstərən qızıl-zinət əşyalarının satışı ilə məşğul olan "Yana Jeweilery" mağazasına məxsus 107.820 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirən qadın cinayət məsuliyyətinə cəlb olunub.

News24.az cinayət hadisəsinin təfərrüatlarını əldə edib.

Məlum olub ki, 1992-ci il təvəllüdlü Cavahir Yusufova "Yana Jeweilery" mağazasına zəng edərək özünü Cəmilə adı ilə təqdim edib.

O, elanda yerləşdirilmiş "Yana Raskovaiova" markalı 750 əyyarlı 22,560 qram çəkidə 25.120 manat dəyərində 1 ədəd qızıl üzüyü, "Yana Raskovaiova" markalı 750 əyyarlı 24,630 qram çəkidə 27,500 manat dəyərində 1 ədəd qızıl üzüyü və "Yana Raskovaiova" markalı 750 əyyarlı 57,210 qram çəkidə 55.000 manat dəyərində 1 ədəd qızıl bilərziyi bəyənib alacağını bildirib.

Cavahir mağaza nümayəndəsindən bəyəndikləri qızılları onun olduğu ünvana çatdırılmasını xahiş edib. Mağaza müdirinin razılığı ilə satış nümayəndəsi gecə saatlarında Cavahirlə görüşüb. Təqsirləndirilən şəxs qızıl qutularını nümayəndədən alıb ələ keçirərək, pulu ödəyəcəyinə dair yalan vəd verib, şəxsin diqqətinin yayınmasından istifadə edərək ərazidən uzalaşıb.

Hadisə nəticəsində "Nardaran İnvest"ə 107.820 manat ziyan dəyib. Təqsirləndirilən şəxs şirkətə vurduğu ziyanı tam ödəyib.

Araşdırmalar nəticəsində Cavahir Yusufovanın digər cinayət əməlləri də üzə çıxıb. Onun əməlləri nəticəsində ümumilikdə 20-yədək şəxsə ziyan dəyib. Cavahirin qurbanları arasında taksi sürücüləri də olub.  Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.2, 178.3.2, 317-2.1 və 29,234.1-ci maddələri ilə təqsirli bilinən 34 yaşlı qadın 6 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑