İdman · News24.az

“Real Madrid”in ulduzu bu komandaya gedir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Real Madrid”in ulduzu bu komandaya gedir xəbəri üçün şəkil

“Real Madrid”in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi “Xetafe” ilə müqavilə bağlayacaq.

News24.az xəbər verir ki, bu barədə məşhur insayder və jurnalist Mateo Moretto məlumat yayıb.

34 yaşlı təcrübəli futbolçunun sabah səhər saatlarında rəsmi müqaviləyə imza atacağı gözlənilir. Hazırda tərəflər arasında son sənədləşmə prosesi aparılır.

Xatırladaq ki, “Kral klubu”ndan ayrıldıqdan sonra azad agent statusunda olan Karvaxal karyerasının böyük hissəsini Madrid nəhəngində keçirib, yalnız 2012-2013-cü illər mövsümündə Almaniyanın “Bayer Leverkuzen” klubunda icarədə çıxış edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑