Ermənistanın Baş naziri Nikol Paşinyan 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsini imzalamağa və ratifikasiya etməyə ümid edir.
News24.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin və şəxsən Paşinyanın özünün ən mühüm məsələlərindən biridir.
"Mən şəxsən öz qarşıma vəzifə, konkret qrafik qoymuşam – 2031-ci ilə qədər məsələnin həllinə nail olmaq. Təbii ki, bu, həm də hökumətin və bütövlükdə siyasi komandamızın vəzifəsidir, lakin mən, baş nazir kimi, bunu həm də şəxsi gündəliyim baxımından çox vacib hesab edirəm", - deyə Paşinyan bildirib.
O əlavə edib ki, belə bir imkan görür, əks halda bu mövzunu qaldırmazdı.




