Dünya · Azxeber.com

Rafinya 'Barselona'nın məşqlərinə qayıdıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rafinya 'Barselona'nın məşqlərinə qayıdıb xəbəri üçün şəkil
İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya zədəsini bərpa edərək komandası ilə məşqlərə başlayıb.
Braziliyalı futbolçu milli komandaların oyunları ilə bağlı fasilədə yaranan narahatlıqdan sonra ilk dəfə kollektivlə birgə hazırlıqda iştirak edib.
Baş məşqçi Hans-Diter Flikin rəhbərlik etdiyi hazırlıq prosesinə "Barselona"nın ikinci komandasının üzvü Hamza Əbdülkərim də cəlb olunub. Zədəli Andreas Kristensen və Runi Bardci isə məşqdə iştirak etməyiblər.
Qeyd edək ki, "Barselona" La Liqanın IX turunda şənbə günü səfərdə "Betis"lə üz-üzə gələcək.   ///report
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑