Dünya · Globalinfo.az

Rusiya Qazaxıstana nota verdi – Azərbaycanlı müğənniyə görə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Qazaxıstana nota verdi – Azərbaycanlı müğənniyə görə xəbəri üçün şəkil

Rusiyanın Almatı şəhərindəki Baş konsulluğu rusiyalı reper, əslən azərbaycanlı olan Navai Bəkirovun Qazaxıstanın cənubunda həbs edilməsindən sonra bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın diplomatik nümayəndəliyindən məlumat verilib.

Konsulluğun mətbuat xidmətinin əməkdaşı bildirib ki, Rusiya tərəfi öz vətəndaşı ilə bağlı vəziyyətə dair rəsmi açıqlama verilməsi xahişi ilə Qazaxıstan Xarici İşlər Nazirliyinin Almatıdakı nümayəndəliyinə nota ünvanlayıb.

Baş konsulluq hadisələrin inkişafını izlədiyini də əlavə edib.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑