Dünya · Yeni Çağ

Litva Ukrayna ilə müdafiə əməkdaşlığını genişləndirir - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Litva Ukrayna ilə müdafiə əməkdaşlığını genişləndirir - Yeni Çağ xəbəri üçün şəkil

Litvanın müdafiə-texnologiya şirkəti “Pekkla” və Ukraynanın “December One RND” şirkəti radioelektron mübarizə vasitələrinin və pilotsuz uçuş aparatları (PUA) üçün komponentlərin istehsalı, tədarükü sahəsində əməkdaşlıq memorandumu imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Litvanın “15min” nəşri ölkənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, sənəd oktyabrın 14-də Litvanın milli müdafiə naziri Robertas Kaunasın Kiyevə səfəri zamanı imzalanıb.

Əməkdaşlıq Ukrayna tərəfinin ehtiyacları nəzərə alınmaqla texnoloji həllərin birgə işlənib hazırlanmasını, avadanlıqların təkmilləşdirilməsini və istehsal güclərinin genişləndirilməsini nəzərdə tutur.

Qeyd olunub ki, layihənin icrası ölkələr arasında 2026-cı ilin may ayında bağlanmış “Drone Deal” sazişi çərçivəsində həyata keçirilir.

PUA-lar üçün komponentlərin istehsalının 2027-ci ildə başlanacağı gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑