Səhiyyə · News24.az

Niyə bəzi insanlar dilinə içki dəyən kimi “sərxoş” olur? – Səbəbi açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Niyə bəzi insanlar dilinə içki dəyən kimi “sərxoş” olur? – Səbəbi açıqlandı xəbəri üçün şəkil

Alkoqol bir çox insanların gündəlik həyat tərzinin bir hissəsini təşkil edir. Bəzi insanlarsa alkoqoldan qaçır. Daha doğrusu qaçmaq məcburiyyətində qalır. 

Təsadüfi deyil ki, tez-tez belə fikirlər eşidirik ki, “filankəs içə bilmir”, “filankəsin bədəni içki götürmür”. 

Maraqlıdır, niyə bəzi insanlar çox miqdarda spirtli içki qəbul edə bilir, bəziləri isə yox?

News24.az xəbər verir ki, mövzu ilə bağlı danışan terapevt Əfsanə Bayramova deyib ki, alkoqol bədənimizdə asetalhid deyilən zəhərli bir maddəyə çevrilir:

“Aldehid dehidrogenaza 2 deyilən fermentsə bu zəhərli maddəni parçalayır, neytrallaşdırır. “İçə bilmir” dediyiniz bəzi insanlarda Aldehid dehidrogenaza 2 fermenti zəif çalışır. Bu insanlar azacıq da olsa, spirtli içki qəbul edən kimi allergik reaksiya verir, bədənin müxtəlif yerlərində qırmızı səpkilər, ürəkbulanma, qusma, başgicəllənmə kimi zəhərlənmə-  indoksikasiya kimi əlamətlər meydana çıxır. Çox təəssüf ki, cəmiyyət də bunu zəiflik kimi qəbul edir. 

Təbii ki, həmin insanlar dostların qınağından qurtulmaq üçün təkrar-təkrar içki içməyə cəhd edirlər. Hər dəfə də eyni mənzərə ilə rastlaşırlar. Ona görə də içki məsələsində nə özünüz sərhədləri keçməyin, nə də Aldehid-dehidrogenaza 2  fermenti zəif çalışan insanları içki içməyə məcbur etməyin”./bizimmedia.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑