Qax rayonunda baş vermiş qida zəhərlənməsi faktı araşdırılıb.
Sfera.az bildirir ki, bu barədə AQTA-dan məlumat verilib.
İlkin məlumata əsasən, zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı nəticəsində baş verdiyi müəyyən edilib.
Bununla əlaqədar, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bir daha əhaliyə müraciət edərək mənşəyi məlum olmayan, növü dəqiq müəyyən edilməyən, tanımadıqları və yeməli olduğuna əmin olmadıqları yabanı göbələklərin toplanılmasından və istehlakından çəkinməyə çağırır.





