Dünya · News24.az

Nəsimi Musayev Ermənistanda necə saxlanılıb? - Erməni nazir açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nəsimi Musayev Ermənistanda necə saxlanılıb? - Erməni nazir açıqladı xəbəri üçün şəkil

Ermənistanın Şaki kəndində azərbaycanlı hərbçinin iştirakı ilə baş verən insident günü hadisə yerində Sisian Polis İdarəsinin əməkdaşları gəlib, ərazi üzrə sahə müvəkkili isə məzuniyyətdə olub.

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan deyib.

“İnsident iştirakçılarından biri olan Ani Avetisyanda yerli polis əməkdaşının şəxsi telefon nömrəsi olub və o, dərhal həmin əməkdaşla əlaqə saxlayıb”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, polis əməkdaşı siqnal daxil olduqdan sonra qısa müddətdə hadisə yerinə çatıb, lakin həmin vaxt artıq insident baş veribmiş.

Sarkisyan qeyd edib ki, hadisənin xronologiyası araşdırma zamanı əlavə olaraq dəqiqləşdiriləcək.

Nazir həmçinin bildirib ki, sahə müvəkkili hadisə yerinə çatdıqdan sonra əlavə qüvvələrin çağırılması üçün 911-ə zəng etməyi tövsiyə edib. Bu zəngdən sonra on dəqiqə ərzində əməliyyat qrupu hadisə yerinə gəlib və görülən tədbirlər nəticəsində azərbaycanlı hərbçi tapılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑