Böyük Britaniya Kraliçası Kamilla həyat yoldaşı Kral III Çarlzın onu ən çox qıcıqlandıran vərdişini açıqlayıb.
News24.az xəbər verir ki, kraliçanın əsas narazılığı kralın onun kitab oxumasına mane olması ilə bağlıdır.
Kraliça Kamillanın sözlərinə görə, cütlüyün hər axşam şam yeməyindən əvvəl kitab oxumaq ənənəsi var.
Lakin bu sakit anlar tez-tez III Çarlz tərəfindən pozulur:
"Bəzən mən oxumağa başladığım zaman onun nədənsə qəhqəhə çəkib güldüyünü eşidirəm. Bu, diqqətimi çox yayındırır, yenidən kitaba qayıda bilmirəm. Halbuki bu, bizim üçün çox gözəl və sakit bir vaxtdır. Düşünürəm ki, kitablar həmişəlik yoxa çıxsaydı, bu, əsl faciə olardı".




