Dünya · News24.az

İranda polkovnik-leytenant öldürüldü - Pezeşkian tapşırıq verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranda polkovnik-leytenant öldürüldü - Pezeşkian tapşırıq verdi xəbəri üçün şəkil

İran Prezidenti Məsud Pezeşkian Sistan və Bəlucistan əyalətində polis zabitinin öldürülməsi ilə bağlı başsağlığı verib və hadisəni terror aktı adlandırıb.

News24.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

M.Pezeşkian Sistan və Bəlucistan əyalətinin polis komandanının müavini, polkovnik-leytenant Nüsrət Eftexarinin Zahedan şəhərinin Çeşme Ziyarət bölgəsində öldürülməsini pisləyib.

Prezident bildirib ki, bu cür cinayətlər ölkədə təhlükəsizliyi qoruyan qüvvələrin əzmini sarsıda bilməz və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, terrorizmə və sabitliyi pozan qüvvələrə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.

Pezeşkian məsul qurumları hadisənin bütün təfərrüatlarını təcili və ciddi şəkildə araşdırmağa, cinayəti törədənlərin və sifarişçilərin mümkün qədər tez müəyyənləşdirilməsinə çağırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑