Dünya · News24.az

Husilər hava limanları və hərbi obyektləri hədəf aldılar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər hava limanları və hərbi obyektləri hədəf aldılar xəbəri üçün şəkil

“Son 48 saat ərzində Səudiyyə Ərəbistanının Dammam və Cizan şəhərlərindəki hava limanlarına pilotsuz uçuş aparatları ilə hücum edilib”

News24.az xəbər verir ki, bu barədə Yəməndəki husi hərbi qanadının sözçüsü Yəhya Səriyə “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Dammam hava limanı iki mərhələdə iki PUA ilə hədəfə alınıb və hücum nəticəsində hava limanında uçuşların hərəkəti dayanıb.

Bundan başqa, Cizan hava limanındakı erkən xəbərdarlıq radarının PUA ilə vurulduğu, eyni hava limanında hərbi nəqliyyat təyyarəsinə də hücum edildiyi bildirilib.

Qeyd edək ki, bəyanatda Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Xamis Müşeyt və əl-Taif bazalarından qalxan “F-15” və “Typhoon” qırıcıları vasitəsilə son 24 saatda Saada, Təizz, Ləhc, Əl-Cəvf və Əl-Xudeydə vilayətlərindəki mülki obyektlərə 109 hava zərbəsi endirdiyi, nəticədə mülki şəxslər arasında həlak olan və yaralananların olduğu qeyd edilib.

Xatırladaq ki, Səriyyə gərginliyin artmasından bəri Səudiyyə koalisiyası tərəfindən Yəmən ərazisinə ümumilikdə 3 min 939 hava və raket zərbəsinin endirildiyini nəzərə çatdırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑