Xəbər verdiyimiz kimi Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Kamişevaxa kəndində humanitar yardımın paylandığı məntəqələrə hava hücumları edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Hücumlar nəticəsində kəndin 24 sakini həlak olub. Onlardan ikisi xilasedici, dördü isə polis əməkdaşıdır. Daha beş nəfər yaralanıb, o cümlədən iki xilasedici.
Bizim.Media
Zaporojyedəki hücumda 24 nəfər ölüb, aralarında polis və FHN işçiləri var

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.


