Dünya · Ölkə.az

Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır xəbəri üçün şəkil

Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Xidmətindən bildirilib.

Yeni qaydalara əsasən, əcnəbilərin inzibati qaydada ölkədən çıxarılmasına səbəb olan hüquqpozma növlərinin sayı iki dəfə artırılıb. Beləliklə, deportasiya sanksiyasını nəzərdə tutan maddələrin ümumi sayı 45-ə çatıb.

Siyahıya, digər hallarla yanaşı, xırda xuliqanlıq, kütləvi tədbirlərin keçirilməsi qaydalarının pozulması, polis əməkdaşının qanuni tələbinə tabe olmamaq və Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması da daxil edilib.

Bundan başqa, bəzi hüquqpozmalara görə ölkədən çıxarılmanın digər inzibati cəza növləri ilə əvəz edilməsi mümkün olmayacaq. Bu kateqoriyaya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı inzibati xətalar da əlavə edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑