Dünya · News24.az

Hörmüzdə tanker alovlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüzdə tanker alovlandı xəbəri üçün şəkil

Hürmüz boğazı yaxınlığında, Omanın Buxa şəhərindən 11 dəniz mili (təxminən 20 km) məsafədə naməlum bir mərmi tankerə dəyib və nəticədə gəmidə yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın dəniz təhlükəsizliyi xidməti olan Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) məlumat yayıb.

Bildirilir ki, yanğın uğurla söndürülüb və tanker lövbər salıb.

Xidmətin məlumatına görə, "bütün heyət üzvləri sağ-salamatdır. Hazırkı məlumata əsasən, ətraf mühitə hər hansı ziyan dəyməsi barədə xəbər yoxdur".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑