Fransa Liqa 1-də “Tuluza” ilə “Trua” komandaları arasında keçirilməsi planlaşdırılan qarşılaşmanın tarixi dəyişdirilib.
Globalinfo.az xəbər verir ki, qərara səbəb ölkədə baş tutan etiraz aksiyaları olub.
Oktyabrın 24-nə təyin edilən matç bir gün sonraya, oktyabrın 25-nə keçirilib.
Qeyd edək ki, Fransa Daxili İşlər Nazirliyi etiraz aksiyalarında iştirak edənlərin sayının təxminən 550 min nəfər olduğunu açıqlayıb.




