Dünya · Modern.az

Hakan Fidandan bu layihəyə alternativ təklif 

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hakan Fidandan bu layihəyə alternativ təklif 
Hakan Fidandan bu layihəyə alternativ təklif 

Ankara Yunanıstanın Krit adası ilə yunan Kiprinin enerji sistemlərini birləşdirəcək yüksək gərginlikli sualtı elektrik ötürücü xəttinin (“Great Sea Interconnector”) çəkilməsi layihəsinə qəti şəkildə qarşı çıxmır. Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında Nyu-Yorkda keçirilən görüşdə müzakirə olunub. Türkiyə tərəfi bu təşəbbüsü “dəyərli” hesab edir.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Yunanıstanın “Ta Nea” qəzetinə müsahibəsində deyib.

Bununla yanaşı, nazir qeyd edib ki, uzunluğu iki min kilometrdən çox olan sualtı yüksək gərginlikli elektrik xəttinin çəkilməsinə Avropa fondlarından 2 milyard avrodan çox vəsait xərcləməkdənsə, Kiprdən cəmi 70 mil məsafədə yerləşən Türkiyədən elektrik enerjisi almaq mümkündür.

“Kipr sakinləri Türkiyədən şirin su, elektrik enerjisi və qaz ala bilərlər”, – deyə nazir vurğulayıb.

H.Fidan, həmçinin Afinanı regionda mövcud status-kvonu dəyişdirmək cəhdlərindən əl çəkməyə çağırıb və belə cəhdlərin “daha böyük problemlərə yol aça biləcəyini” bildirib

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑