Dünya · Bakupost.az

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir xəbəri üçün şəkil

"İranın arsenalında ABŞ-nin "bütün bombaların anası" adlandırılan bombasından daha güclü sursat var".


"Bakupost" İranın dövlət teleradio şirkətinə istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Əli Zeynivənd bildirib.
"Onlarda "bütün bombaların anası" varsa, bizdə də "bütün bombaların nənəsi" var", - deyə Zeynivənd bildirib.
O, Tehranın Vaşinqtonun istifadə edə biləcəyi istənilən silaha cavab vermək imkanına malik olduğunu vurğulayıb.
Bundan əvvəl CNN telekanalı mənbələrinə istinadən ABŞ-nin İrana zərbələr endirmək üçün qeyri-rəsmi olaraq "bütün bombaların anası" adlandırılan GBU-43/B (MOAB) aviabombasından istifadə edə biləcəyini bildirmişdi. Məlumata görə, mümkün hücumların hədəfi İranın enerji infrastrukturu və nüvə obyektləri ola bilər. Bombanın çəkisi 9.5 tondan çoxdur.
ABŞ-dən İrana zərbələr: "Bütün bombaların anası"ndan istifadə edə bilər
Qeyd edək ki, CNN-ə danışan mənbələr "bütün bombaların anası" adlandırılan bombanın istifadəsinin ABŞ-yə Yaxın Şərqdə strateji məqsədlərinə çatmağa və ya qüvvələr balansını dəyişməyə imkan verəcəyinə şübhə ilə yanaşıblar. Bununla belə, telekanal belə bir bombanın tətbiqinin ABŞ ilə İran arasındakı münaqişədə ciddi eskalasiyaya səbəb ola biləcəyini vurğulayıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑