Dünya · Azxeber.com

Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var xəbəri üçün şəkil
Türkiyənin şimalında yerləşən Zonquldak şəhərində üçmərtəbəli yaşayış binası çöküb.
Bu barədə "A Haber" telekanalı xəbər verir.
Dağıntılar altında azı iki nəfərin qaldığı müəyyən edilib. Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar.
Aparılan xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında qalan şəxslərdən biri sağ çıxarılıb. Digər şəxsin isə meyiti aşkarlanıb.
Qeyd edək ki, hadisə şəhərin Kadırqa ərazisində baş verib. Bir neçə gün əvvəl də güclü və davamlı leysan yağışlarından sonra həmin ərazidə başqa bir bina çökmüşdü.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑