Rusiyanın Omsk şəhərində ərini öldürməkdə təqsirli bilinən 58 yaşlı qadın məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, cütlük arasında televizorda hansı verilişə baxmaqla bağlı mübahisə yaranıb. Mübahisə zamanı qadın bıçaq götürərək ərinə zərbə endirib. Kişi hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb.




