Rusiyanın Perm diyarında ayı yerli sakinə hücum edib.
News24.az xəbər verir ki, hadisə Vereşagin rayonunun Kuketski qəsəbəsində baş verib.
İlkin məlumata görə, ayı kişiyə hücum edərək ona xəsarətlər yetirib.
Hadisənin hansı şəraitdə baş verdiyi və yerli sakinin necə xilas olduğu barədə məlumat verilməyib.
Hücumdan sonra zərərçəkmiş tibbi yardım üçün həkimlərə müraciət edib.
Qeyd olunub ki, ona hücum edən heyvan yay ərzində qəsəbə sakinləri tərəfindən görüntülənib.



