Husilər Şəbva əyalətində Yəmən ordusuna məxsus “Əl-Ələm” hərbi düşərgəsinə 3 ballistik raket atıb.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 40-a yaxın hərbçi ölüb və ya yaralanıb.
Məlumata görə, düşərgədə təhlükəsizlik və polis qüvvələrinə yeni qəbul olunan şəxslər təlim keçirmiş.





