Dünya · Publika.az

Sevgi ümidi ilə kilometrlərlə yol getdi, qarşısına gözləmədiyi həqiqət çıxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sevgi ümidi ilə kilometrlərlə yol getdi, qarşısına gözləmədiyi həqiqət çıxdı xəbəri üçün şəkil

Braziliyada yaşayan Martins adlı şəxs sosial şəbəkədə tanış olduğu qadınla evlənmək ümidi ilə əlində olan hər şeyi sataraq kilometrlərlə yol qət edib. Lakin görüş yerinə çatanda maraqlı mənzərə ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Bildirilib ki, anasının ölümündən sonra tənhalıq yaşayan Martins sosial şəbəkədə tanış olduğu qadınla yeni həyat qurmaq istəyib. Bunun üçün bütün pulunu xərcləyərək Belu-Orizonti şəhərinə yollanıb.

Lakin qadının profilindəki obrazın süni intellekt vasitəsilə yaradıldığı məlum olub. Hesabı yaradan şəxs Martinslə heç vaxt birbaşa ünsiyyət qurmadığını, profilin məqsədinin satış üçün qarşılıqlı əlaqə yaratmaq olduğunu qeyd edib.

Səfər zamanı bütün pulunu xərcləyən Martins şəhərdə köməksiz qalıb və bələdiyyədən yardım istəyib.

Yaşadığı məyusluğa baxmayaraq, Martins həyat yoldaşı tapmaq ümidindən əl çəkməyəcəyini bildirib.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑