Məşhur rusiyalı teleaparıcı Mixail Ponomaryov 57 yaşında dünyasını dəyişib.
"Yeni Sabah" xəbər verir ki, onun vəfatı barədə Milli Teleradioyayımçılar Assosiasiyası öz "Telegram" kanalında məlumat yayıb.
Telejurnalist mühüm və gərgin hadisələri işıqlandırmaqla məşhurlaşıb. Onun Qarabağdan hazırladığı reportajları da məşhur olub. pizza mizza
Rusiya mətbuatında yayılan məlumatlara görə, jurnalistin ölüm səbəbi infarkt keçirməsidir./Oxu.az






