Dünya · Bizim.Media

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ xəbəri üçün şəkil

ABŞ məhkəməsi Kubanın keçmiş lideri Raul Kastronun həbsi üçün order verib.

Bizim.Media xəbər verir ki, bu barədə NBC 6 telekanalı məlumat yayıb.

Məlumata görə, məhkəmə prosesi Florida ştatında keçirilib.

95 yaşlı Raul Kastro 1996-cı ildə Florida boğazı üzərində təyyarələrin vurulması hadisəsində əli olmaqda ittiham edilir. Həmin insident nəticəsində ABŞ vətəndaşları həlak olublar. İş üzrə daha dörd nəfər də ittiham olunur.

Qeyd edək ki, daha əvvəl “The New York Times” qəzeti Ağ Evin Kastronu ələ keçirmək üçün Kubada Venesuela ssenarisindən istifadə edə biləcəyini yazmışdı.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑