Gündəm · Globalinfo.az

İstənilən an vura bilərik – Netanyahu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İstənilən an vura bilərik – Netanyahu xəbəri üçün şəkil

“Lazım olan anda düşmənlərimizə zərbə endirmək üçün lazımi hazırlığa, qətiyyətə və imkanlara sahibik”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ölkənin Hərbi Hava Qüvvələrinin bazalarından birinə səfəri zamanı bildirib.

“Düşmənlərimizə deyirəm: bizi sınağa çəkməyin. İndiyədək məruz qaldığınız zərbələrdən qat-qat ağır zərbələr alacaqsınız.

Hamımız bilirik ki, cəsur pilotlarımızın, hava qüvvələri və quru qoşunlarımızın şəxsi heyətinin sayəsində İsrail ordusu və dövləti hansı böyük nailiyyətlər əldə edib.

Biz özümüzü müdafiə etməkdə qətiyyətliyik. Bizi sınağa çəkməyin”, – İsrail lideri vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑