Gündəm · Globalinfo.az

Aynur Elgünəş müalicə müəssisəsinə köçürülüb – Vəkil

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aynur Elgünəş müalicə müəssisəsinə köçürülüb – Vəkil xəbəri üçün şəkil

Vəkil Zibeyda Sadıqova həbsdə olan jurnalist Aynur Elgünəşin səhhətində ciddi problemlərin olduğunu bildirib.

Globalinfo.az gununsesi.info-ya istinadən xəbər verir ki, vəkili onun indiyədək 17 dəfə əməliyyat olunduğunu və həbsindən əvvəl növbəti əməliyyata hazırlaşdığını xatırladıb.

“Hazırda ən böyük təhlükə böyrəyində formalaşıb. Buna görə təcili müalicə müəssisəsinə köçürülüb”, – Zibeyda Sadıqova bildirib.

Vəkil jurnalistin səhhətində yaranmış problemləri nəzərə alaraq, onun ev dustaqlığına buraxılmasının vacibliyini vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑