Dünya · News24.az

Ata “Halloween”də uşaqlarına paylanan şirniyyatların içində kiçik mıxlar tapdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ata “Halloween”də uşaqlarına paylanan şirniyyatların içində kiçik mıxlar tapdı xəbəri üçün şəkil

Avstriyada “Halloween” bayramı zamanı naməlum şəxslər tərəfindən uşaqlara paylanan şirniyyatların içərisində mıxlar aşkar edilib.

News24.az xəbər verir ki, bu haqda “Krone” nəşri məlumat yayıb.

Bildirilir ki, Lints şəhərindən olan 28 yaşlı bir ata uşaqlarının “Halloween” bayramında topladığı şirniyyatları yoxlayarkən, şokoladların və jele konfetlərin içərisində gizlədilmiş, uzunluğu təxminən bir santimetr olan kiçik mıxlar tapıb.

Polis araşdırmaya başlayıb və sakinlərə xəbərdarlıq edib ki, Linz-Oed ərazisində “All Hallows' Eve” zamanı toplanmış şirniyyatları yeməsinlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑