Türkiyədə 4,2 maqnitudalı zəlzələ baş verib.Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Osmaniyə vilayətinin Sumbas rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Muğla vilayəti sahillərində, Aralıq dənizində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
***
Türkiyədə zəlzələ qeydə alınıb.Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Aralıq dənizində, Muğlanın Datça rayonundan 253 kilometr məsafədə 5,1 maqnitudalı zəlzələ baş verib.
Zəlzələnin ocağı 9,07 kilometr dərinlikdə yerləşib.




