Almanyanın əmək naziri və Sosial Demokrat Partiyasının (SPD) lideri Barbel Bas tutduğu vəzifələrdən istefa verib.
News24.az xəbər verir ki, bu barədə “Focus Online” məlumat yayıb.
Bas qərarını şəxsi həyatında yaşadığı ağır itki və son dövrlərdə ona qarşı artan siyasi təzyiqlərlə əlaqələndirib. O, ögey qızının vəfatının ona ciddi təsir etdiyini, xüsusilə Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqı (CSU) nümayəndələrinin tənqidlərinin artdığını bildirib.
Siyasətçi yaşadığı çətinliklər fonunda özünü toparlamaqda çətinlik çəkdiyini qeyd edib. Bununla belə, istefa qərarını asanlıqla vermədiyini vurğulayıb.
Barbel Bas, həmçinin Duisburq bölgəsindən Bundestaqa seçilmiş nümayəndə kimi fəaliyyətini davam etdirəcəyini və seçicilərinin maraqlarını təmsil etməyi planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, sentyabr ayında Bas islahatlara mane olmaqda ittiham edilmişdi. Bundestaqın CDU üzvü Kristian fon Ştetten “Bild” qəzetinə açıqlamasında nazirin bir sıra islahatların qarşısını aldığını iddia edərək onun istefa verməli olduğunu bildirmişdi.



