Dünya · News24.az

ABŞ-də nüvə obyektində yanğın – Xəsarət alan var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-də nüvə obyektində yanğın – Xəsarət alan var xəbəri üçün şəkil

ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Savannah River nüvə kompleksində baş verən yanğın nəticəsində azı bir nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Energetika Nazirliyinin sözçüsünə istinadən məlumat yayıb.

Məlumata görə, kompleksin əməkdaşlarından biri yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Obyektin rəsmi saytında yayılan açıqlamada isə laboratoriyada baş verən yanğından sonra radiasiya yoxlamalarının aparıldığı bildirilib. Yoxlamaların nəticəsində ərazidə radioaktiv çirklənmə aşkarlanmayıb.

Qeyd edək ki, son günlər ABŞ-da digər təhlükəli hadisələr də qeydə alınıb. Oktyabrın 26-da Texas ştatının Nyuport şəhərində yerləşən “Pacific Seafood” balıq emalı zavodunda ammonyak çəni partlayıb. Hadisə nəticəsində binanın damının bir hissəsi çöküb və zəhərli maddənin sızması təhlükəsi yaranıb.

Bundan başqa, oktyabrın əvvəlində Kaliforniyada baş verən meşə yanğını təxminən 340 hektar ərazini əhatə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑