Türkiyənin Batman şəhərində 7 yaşlı qızını öldürdükdən sonra meyitini kömürlükdə gizlədən 40 yaşlı ata saxlanıldığı Beşiri qapalı həbsxanasında həyatını itirib.
News24.az xəbər verir ki, təxminən üç ildir həbsdə olan məhkum təkadamlıq kamerada ölü tapılıb.
Məlumat üçün bildirək ki, hadisə 2023-cü il yanvarın 30-da Batmanın Beşevler məhəlləsində baş verib.
Ata ikinci sinifdə oxuyan 7 yaşlı qızı Adara Arslanı boğaraq öldürdükdən sonra onun meyitini qohumlarının evinin həyətindəki kömürlüyə apararaq odun və kömür kisələrinin altında gizlədib.
Uşağın kömürlükdə hərəkətsiz vəziyyətdə olduğunu görən ev sakinlərinin məlumatı əsasında hadisə yerinə polis və tibbi yardım əməkdaşları göndərilib.
Həkimlər qızın həyatını itirdiyini müəyyən ediblər.
Hadisədən sonra İstanbul istiqamətində qaçmağa çalışan ata avtobusda saxlanılıb.
O, polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilib və barəsində həbs qətimkan tədbiri seçilib.




