Dünya · Modern.az

Zelenski Ukraynanın 25 faizini itirməklə sülhə razılaşa bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Ukraynanın 25 faizini itirməklə sülhə razılaşa bilər
Zelenski Ukraynanın 25 faizini itirməklə sülhə razılaşa bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisinin təxminən 25 faizinin itirilməsi ilə nəticələnə biləcək və hazırkı cəbhə xətti boyunca döyüşlərin dayandırılmasını nəzərdə tutan sülh razılaşmasının mümkünlüyünü istisna etməyib.

Modern.az xəbər verir ki, o bu barədə ABŞ-nin “Fox News” telekanalına müsahibəsində danışıb.

Jurnalist Zelenskidən münaqişənin hazırkı mövqelərdə dondurulmasını və Kiyevin ölkə ərazisinin dörddə üçünü və ya daha çoxunu öz nəzarətində saxlamasını nəzərdə tutan razılaşmanı qəbul edib-etməyəcəyini soruşub.

“Bəli. Əgər biz elə indi hər şeyi dondurmalı olsaq, düşünürəm ki, bu, müharibəni başa çatdırmaq üçün real yoldur”, – deyə Zelenski cavab verib.

Beləliklə, Ukrayna lideri hazırkı cəbhə xətti boyunca döyüşlərin dayandırılmasını müharibənin sona çatdırılması üçün mümkün variantlardan biri kimi dəyərləndirib. Bununla belə, onun açıqlaması ərazi güzəştlərini nəzərdə tutan konkret sülh sazişinin imzalanmasına razılıq verdiyi anlamına gəlmir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑