Ölkə · Modern.az

YAP Gənclər Birliyinin yeni sədri kimdir? - DOSYE

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
YAP Gənclər Birliyinin yeni sədri kimdir? - DOSYE
YAP Gənclər Birliyinin yeni sədri kimdir? - DOSYE

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədr təyin olunub. Gülüstan Əfsər qızı Kərimli oktyabrın 16-da partiyanın İdarə Heyətinin qərarı ilə bu vəzifəyə gətirilib.
Gülüstan Kərimli bu postda Bəxtiyar İslamovu əvəz edib.

Modern.az saytı YAP Gənclər Birliyi sədrinin dosyesini araşdırıb:

Gülüstan Kərimli 2020-2024-cü ildə Azərbaycan Dillər Universitetində bakalavr təhsili alıb.

Təhsil müddətində ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri olub.

2024-2026-cı illərdə ADA Universitetində magistr dərəcəsinə yiyələnib.

G.Kərimli Azərbaycanlı Tələbə və Məzun Platformasında (ASAP) fəaliyyət göstərib.

"Bir Könüllü" hərəkatında rəhbər (supervayzer) və "Könüllü DOST" proqramında könüllü kimi çalışıb.

O, Nəsimi Rayon İcra Hakimiyyətində də işləyib.

A.Qorxmaz

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑