Ölkə · Modern.az

DTX avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
DTX avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
DTX avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı

Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıran şəxslərdən daha biri saxlanılıb.

Modern.az xəbər verir ki, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.

Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonansa səbəb olub. Cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.

Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.

Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai”, “Renault” markalı minik avtomobilləri yanıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑