Ölkə · Modern.az

Azərbaycanın sağlamlıq turizmi "Kurort" tərəfindən Özbəkistanda təbliğ edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın sağlamlıq turizmi "Kurort" tərəfindən Özbəkistanda təbliğ edildi
Azərbaycanın sağlamlıq turizmi "Kurort" tərəfindən Özbəkistanda təbliğ edildi

Daşkənddə səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Özbəkistanın turizm şirkətlərinin 60-dan çox nümayəndəsi ilə görüş keçirib.

Modern.az xəbər verir ki, görüş Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutub.

Tədbirdə ölkəmizin zəngin təbii resurslarının, əlverişli iqliminin və füsunkar təbiətinin turistlər üçün cəlbedici olduğu vurğulanıb, sağlamlıq turizmi potensialı barədə ətraflı məlumat verilib.

Turizm şirkətlərinin nümayəndələrinə AHİK-in “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin və “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti, Konfederasiyanın sağlamlıq və istirahət mərkəzlərinin infrastrukturu, müalicə və istirahət imkanları, eləcə də göstərilən xidmətlər barədə təqdimat keçirilib.

Özbəkistan Respublikasının Turizm Komitəsinin nümayəndəsi xanım Şaxloxan Soliyeva isə ölkəsinin turizm siyasətindən, turistlərin maraq göstərdiyi tarixi-mədəni abidələrindən bəhs edib, Azərbaycanla turizm əlaqələrinin inkişafı və birgə təşəbbüslərin həyata keçirilməsi üçün mövcud imkanları diqqətə çatdırıb.

Görüş çərçivəsində sağlamlıq turizmi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑