Aktual · Modern.az

Yağış suyunun yığılması üçün terraslara vəsait ayrılsın - Deputat

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yağış suyunun yığılması üçün terraslara vəsait ayrılsın - Deputat
Yağış suyunun yığılması üçün terraslara vəsait ayrılsın - Deputat

2027-ci layihəsini mükəmməl hesab edirəm və dəstəkləyəcəm. Lakin əlavə təklif vermək imkanım olsaydı, dağlıq və dağətəyi ərazilərdə terrasların salınmasını təklif edərdim.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin iqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

"Xüsusilə 1000 metrdən yüksək dağlıq ərazilərdə yağış sularının qorunması məqsədilə terrasların salınmasını irəli sürərdim. Terraslar yağış sularının yamaclardan sürətlə axıb getməsinin qarşısını alır, suyun torpağa hopmasına və ehtiyatların qorunmasına şərait yaradır. Bu, həm də kənd təsərrüfatında sudan səmərəli istifadə, torpaq eroziyasının qarşısının alınması və meşə örtüyünün qorunması baxımından əhəmiyyətlidir", - deyə o bildirib.

A.Hüseynov bildirib ki, yağış sularının torpaqda toplanması bulaqların qidalanmasına və su ehtiyatlarının daha uzun müddət qorunmasına kömək edə bilər.

Deputat əlavə edib ki, dağlıq ərazilərdə terrasların salınması ilə yanaşı, torpaq aşınmasının mütəmadi monitorinqi də aparılmalıdır. Onun fikrincə, bu istiqamətdə tədbirlərin görülməsi və lazımi vəsaitin ayrılması su ehtiyatlarının qorunmasına mühüm töhfə verə bilər.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑